<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Sənə güvənərək addım atıram, İL256</title>
<lyrics>[V1]
 Sənə güvənərək addım atıram,
 Sarsılmayım deyə, Sən yanımdasan.
 Qorxusuz, şübhəsiz mən addımlayıram,
 Çünki bu yolda Sən daim qarşımdasan.

[C1]
   Heç zaman gecikməz köməyə Rəbbim,
   Sən mənim Atamsan, sevirsən məni.
   Sən böyüksən, Sən gözəlsən, ulu Atam,
   Rəbbim mənim, əzizimsən, əzizimsən.

[V2]
 Qəlbim quruyub səhraya dönsə,
 Ruhum kədərlənib taqətdən düşsə,
 Ayağım büdrəyib yolundan dönsə,
 Təsəlli verənim, yol göstərənimsən.</lyrics>
<hymn_number>256</hymn_number>
</song>